AZ

“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının tikintisi başa çatıb

Bakı. Trend:

Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power”şirkəti ilə birgə həyata keçirdiyi strateji əhəmiyyət daşıyan“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının tikintisi başaçatdırılıb.

Bu barədə Trend Energetika Nazirliyinə istinadən xəbərverir.

Bildirilib ki, 240 MVt gücündə olan stansiyanın şəbəkəyəqoşulması da təmin edilib.

Qeyd edək ki, 2020-ci ilin 9 yanvar tarixində AzərbaycanRespublikasının Energetika Nazirliyi ilə Səudiyyə ƏrəbistanıKrallığının “ACWA Power” şirkəti arasında İcra müqaviləsiimzalanıb. Müqaviləyə uyğun olaraq “ACWA Power” şirkəti tərəfindən240 MVt gücündə külək elektrik stansiyasının tikintisi ilə bağlıpilot layihənin icra edilməsi nəzərdə tutulub. Bu istiqamətdə2020-ci ilin 30 dekabr tarixində Azərbaycan RespublikasınınEnergetika Nazirliyi və “Azərenerji” ASC ilə Səudiyyə ƏrəbistanıKrallığının “ACWA Power” şirkəti arasında 240 MVt gücündə küləkelektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerjialqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi”imzalanıb.

İlkin hesablamalara görə, stansiya tərəfindən illik 1 milyardkVt·st elektrik enerjisi istehsal olunacaq, bu isə ildə 220 milyonkub metr təbii qaza qənaət etməyə, 400 min tondan artıq karbonemissiyasının atmosferə atılmasının qarşısını almağa və 300 min evielektrik enerjisi ilə təmin etməyə imkan verəcək. Layihənin ümumidəyəri təqribən 300 milyon ABŞ dolları təşkil edir və tam olaraqxarici investisiya hesabına həyata keçirilməsi nəzərdə tutulub.

Seçilən
126
3
az.trend.az

4Mənbələr