AZ

“Turan Tovuz”un legioneri klubla vidalaşdı 

“Bu gün karyeramda mühüm bir fəsli başa vururam. Bu müddət ərzində mənə verilən etibara görə “Turan Tovuz”a çox minnətdaram. Hər zaman yanımda olan idarə və məşqçi heyətinə, komanda yoldaşlarıma və azarkeşlərə təşəkkür edirəm”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Turan Tovuz”dan ayrılıb Yaponiya klubuna keçən Aleks Souza sosial şəbəkə hesabından paylaşıb. O, daha sonra bunları yazıb:

“Özümlə əla öyrənmə təcrübələri, peşəkar inkişaf və əbədi qalacaq xatirələr aparıram. Kluba uğurlar arzulayıram və diqqətli, motivasiyalı və növbəti çətinliklərə hazır qalmağı arzulayıram. Hər şey üçün təşəkkür edirəm”.

Seçilən
76
4
idmanxeber.az

5Mənbələr