AZ

Mini futbolçu faciəvi şəkildə vəfat etdi

Qol.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Mini-futbolçu faciəvi şəkildə vəfat etdi

Rusiyada futbolçu qəflətən dünyasını dəyişib.

QOL.az "Sport Ekspress"ə istinadən xəbər verir ki, Mini-futbol üzrə “Norilski Nikel” klubunun oyunçusu Felipe Aleks Uxta hava limanında vəfat edib.

Hadisə yanvarın 6-da Rusiya Kubokunun yarımfinal mərhələsində “Norilski Nikel”in yerli “Uxta” komandası ilə 2:2 hesablı heç-heçəsindən sonra baş verib. 32 yaşlı braziliyalı hücumçu Moskva reysi üçün təyyarəyə minərkən özünü qəfil pis hiss edib.

Şahidlərin sözlərinə görə, Felipe Aleks huşunu itirərək yerə yıxılıb və başını yerə çırpıb. Hadisə yerinə dərhal tibbi briqada çağırılıb. Həkimlər futbolçuya ürək masajı tətbiq edib, defibrillyatordan istifadə ediblər. Lakin görülən bütün tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

Felipe Aleks “Norilski Nikel” klubunun əsas oyunçularından biri idi. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
1
qol.az

2Mənbələr