AZ

Həbsxana yoldaşı Maduronu rəqsə dəvət etdi Cəhənnəmə xoş gəldin

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Səhnə adı “Tekaşi 6ix9ine” olan məşhur amerikalı reper Daniel Hernandez Nikolas Maduro ilə eyni həbsxanaya salınıb.SAVASHMEDİA.az xəbər verir ki, məşhur reper 3 aylıq cəzasını Nyu-York şəhərində yerləşən “Bruklin” həbsxanasında çəkəcək.O, şərti azadlıq tələblərini pozduğuna görə həbs edilib və öz razılığı əsasında “Bruklin” həbsxanasına salınıb. Reper bir müddət əvvəl Venesuela Prezidenti Nikolas Maduro ilə birgə rəqs etmək istədiyini bildirib.Məlumata görə, “Bruklin” həbsxanası natəmizliyi və gigiyenik qaydalara əməl olunmaması ilə ad çıxarıb. Lakin ABŞ mətbuatı Nikolas Maduronun tezliklə Bruklindən də ağır şəraiti olan “Fort Diks” həbsxanasına köçürüləcəyini yazır.Bu həbsxanada “Epşteyn işi”nə görə həbs olunan Qisleyn Maksvel (Epşteynin sevgilisi və ortağıdır), kriptovalyuta fırıldaqçısı Sem Bankman-Frayd, müğənni, üçqat Qremmi mükafatı laureatı R. Kelli və başqa məşhur məhbuslar cəza çəkirlər.“Fort Diks” ağır şəraitinə görə “yer üzündə cəhənnəm” adı qazanmış həbsxanalardandır. Bu adı ona məhbuslar verib. ABŞ-nin ən böyük federal həbsxanalarındandır. Fərdi kameralar demək olar ki, yoxdur. Həbsxana yataqxana tipindədir və onlarla məhbus eyni zalda yatır.Məhbus sayı çox olduğuna görə nəzarətçilər daha sərt müdaxilələr edirlər. Qruplaşmalar olduğu üçün tez-tez dava və fiziki zorakılıq halları baş verir. Hərəkət azadlığı məhduddur. Xüsusilə zəif və ya tanınmış məhbuslar üçün psixoloji təzyiq yüksəkdir. Natəmizlik hökm sürür. Məhbuslar tibbi xidmət və psixoloji dəstək ala bilmədiklərindən şikayətlənirlər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
demokrat.az

1Mənbələr