AZ

U-21 millimiz iki yoxlama oyunu keçirəcək - HEYƏT

21 yaşadək futbolçulardan ibarət millimiz yanvarın 11-dən 17-dək Bakıda təlim-məşq toplanışında olacaq.

"Football-plus.az" xəbər verir ki, Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunacaq hazırlıq çərçivəsində milli iki yoxlama oyunu keçirəcək. U-21-in yanvarın 16-da “Səbail”, 17-də isə “Şamaxı” ilə qarşılaşması planlaşdırılır.

U-21-in toplanış üçün heyəti:
Səlim Həşimov (“Şamaxı”), Rəvan Mirzəmmədov (“Sabah”), Sadiq Məmmədzadə (“Difai”), Emin Rüstəmov (“Səbail”), Elgün Dünyamaliyev (“Cəbrayıl”), Raul Məmmədov (“Kəpəz”), Tuncay Yusifli (“İmişli”), Səttar Tahirzadə (“Marcet”, İspaniya), Bilal İsmayılov (“Şamaxı”), Rüfət Tahirov (“Difai”), Hacıəli Şirəliyev (“Difai”), Okan Təhməzlı (“Zaqatala”), Elcan Əbilov (“Kəpəz”), Cəfər Muxtarov (“Sabah”), Elyas Bağci (“Hertha BSC”, Almaniya), Raul Süleymanov (“Hertha BSC”, Almaniya), Emil Süleymanov (“Şamaxı”), Qurban Səfərov (“Mingəçevir”), Xəyyam Məmmədli (“Baku Sportinq”), Həsən Nərəzli (“Ankaragücü”, Türkiyə), Elmar Məmmədov (“MOİK”), Nihat Mehrəliyev (“Şamaxı”), Şaxmar Aşurov (“Kəpəz”), Davud Mənsumov (“Şamaxı”).

Seçilən
73
7
football-plus.az

10Mənbələr