AZ

Toksikoloq ən zərərli yeməkləriSADALADI

Bayram süfrələrində ən zərərli yeməklər mayonezli salatlar, yağlı kolbasa, hisə verilmiş məhsullar, qızardılmış ət və çoxlu xəmirdən hazırlanan piroqlardır.

Redaktor.az xəbər verir ki, bu haqda həkim-toksikoloq Mixail Kutuşov lenta.ru-ya müsahibəsində danışıb.

Həkimin sözlərinə görə, bu cür yeməklər toxluq hissi yaratsa da, eyni zamanda qaraciyər və həzm sistemini həddindən artıq yükləyir, maddələr mübadiləsini zəiflədir və ağırlıq, mədə yanması, eləcə də yorğunluq hissinə səbəb ola bilər. Şirniyyatlar - tortlar, şokolad və konfetlər də orqanizm üçün az yük yaratmır. Onlar qanda şəkərin səviyyəsini sürətlə yüksəldir, lakin qısa müddət sonra enerji azalmasına və tez-tez qəlyanaltı ehtiyacına yol açır.

Mixail Kutuşov süfrəni daha sağlam etmək üçün salatlarda mayonezin yüngül qatıq, xama və ya zeytun yağı əsaslı souslarla əvəz edilməsini, qızardılmış ət əvəzinə isə qaynadılmış, sobada bişirilmiş və ya buğda hazırlanmış ətə üstünlük verilməsini tövsiyə edib. Həkim həmçinin rasiona daha çox balıq və tərəvəz əlavə etməyi məsləhət görüb.

Mütəxəssis bildirib ki, ənənəvi şirniyyatları şəkəri az olan ev desertləri, meyvələr, qoz-fındıq və muslarla əvəz etmək mümkündür. Onun sözlərinə görə, ağır yeməklərin təzə tərəvəz və göyərti kimi yüngül qidalarla birlikdə qəbul edilməsi qidanın daha yaxşı həzm olunmasına kömək edir və yeməkdən sonra yaranan ağırlıq hissini azaldır.

Aytəkin TOFİQQIZI

Seçilən
137
1
redaktor.az

2Mənbələr