AZ

“Mossad” İlham Əliyevdən sitat paylaşıb I FOTO

Dövlət başçısının sözləri “Mossad”ın “X” sosial şəbəkəsindəki hesabında paylaşılıb.

Paylaşımda dövlət başçısının Azərbaycanın xaricə, o cümlədən Qəzzaya qoşun göndərməyəcəyi və hər hansı beynəlxalq sülhməramlı qüvvələrin tərkibində iştirak etməyəcəyi ilə bağlı fikirləri yer alıb.

“Bakı Tramp administrasiyası ilə müzakirələrin aparıldığını təsdiqləyib, lakin aydın şəkildə bəyan edib: Hər hansı missiyada iştirak nəzərdə tutulmur”, - “Mossad”ın sosial şəbəkə hesabında Prezidentdən sitat gətirilib.



Bu şərhin Qəzza sülh planı ilə bağlı təklif edilən beynəlxalq sabitləşdirmə qüvvələri haqqında danışıqlar fonunda səsləndiyi qeyd olunub.

Xatırladaq ki, Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində Qəzza zolağında mümkün beynəlxalq missiyalarda Azərbaycanın iştirak edib-etməyəcəyi ilə bağlı sualı da cavablandırmışdı.

AzVision.az
Seçilən
24
11
azvision.az

10Mənbələr