Rusiyanın əslən azərbaycanlı vətəndaşı Süleyman Əlixan oğlu Salmanov Ukraynada gedən müharibədə itkin düşüb.
Ölkə.az Modern.az-a istinadla xəbər verir ki, məlumatı hərbi bloger Tofiq Şahmuradov ictimailəşdirib.
Ailəsi xeyli vaxtdın ondan xəbər ala bilmir.
Süleyman Salmanov Rusiya ordusunun 154-cü diviziyasının tərkibindəki tank əleyhinə raket bölməsində döyüşüb.
Onun Donetsk vilayətinin Toretsk şəhərinə məxsus Konstantinovka kəndi istiqamətində itkin düşdüyü bildirilir.