AZ

® Mərkəzi Gömrük Hospitalının pediatrı canlı yayımda viruslar mövzusunda çıxış edəcək

Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin pediatr-neonatoloq-reanimatoloqu Aygün Sadıxova yanvarın 8-i saat 16:00-da “Uşaqları qrip, influenza və mövsümi viruslardan necə qoruyaq?” mövzusunda canlı yayımda çıxış edəcək.

Valideynlər və izləyicilər həkim-pediatrın çıxışı zamanı canlı yayıma qoşula bilər, eləcə də suallarını əvvəlcədən göndərməklə ona ünvanlaya bilərlər. Canlı yayım Mərkəzi Gömrük Hospitalının rəsmi feysbuk səhifəsi üzərindən yayımlanacaq.

Sağlam gələcək üçün vaxtında məlumatlanın və uşaqlarınızı qorumağın yollarını öyrənin!

Dilarə Zamanova, Mərkəzi Gömrük Hospitalının

PR mütəxəssi

Seçilən
93
2
azertag.az

3Mənbələr