AZ

"Araz-Naxçıvan"ın oyununun vaxtı dəyişdirildi

“Araz-Naxçıvan”ın fasilədə keçirəcəyi ilk yoxlama oyununun tarixi dəyişdirilib.

"Football-plus.az" xəbər verir ki, klubun əvəzedici komandası ilə qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi yanvarın 9-da deyil, bir gün sonra – ayın 10-da keçiriləcək və saat 15.30-da başlayacaq.

Komanda növbəti görüşünü isə yanvarın 14-də, saat 15.00-da “Qəbələ”yə qarşı keçirəcək. Hər iki matç Bakı Olimpiya Stadionunun ehtiyat meydanında keçiriləcək.

Seçilən
34
7
football-plus.az

10Mənbələr