AZ

Trampın Maduro ilə bağlı hərəkətləri yalnız iki ölkə arasında konflikt deyil

Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

Artıq dünya gündəminin əsas mövzusu bəllidir:

“Tramp Maduronu qaçırtdı”, “ABŞ Maduronu oğurladı”.

Müxtəlif versiyada səslənən fikirlər özündə müxtəlif cavabları da ehtiva edir.

Ümumiyyətlə, məsələnin başqa hansı tərəfləri var?

Əlbəttə, bu, ilk növbədə beynəlxaq hüququn pozulmasıdır.

Əgər uyğun addımlar atılsaydı, ilk növbədə, ABŞ beynəlxaq məhkəmələr tərəfindən sanksiyalarla üzləşməli idi.

Daha sonra, Venesuela və onun müttəfiqləri (məsələn, Rusiya, İran və ya Çin) bunu müharibə aktı kimi qiymətləndirə bilərdi.

Regional və hətta qlobal silahlı qarşıdurma riski yaranardı.

Hətta müttəfiqlər də ABŞ ilə əlaqələri soyuda bilərdi.

Ümumiyyətlə, beynəlxalq sistemdə “güc yolu ilə liderlərin ələ keçirilməsi” təhlükəli presedent yaradır.

Bu, sabah ayrı-ayrı imperialist dövlətlərin də eyni addımı atmasına gətirib çıxarda bilər.

Əgər söhbət doğrudan da ədalətdən gedirsə, lap Venesuela xalqı üçün uyğun addım olsa belə, yenə də düz deyil.

Prosesdən dərhal sonra konqres və məhkəmələr Trampa qarşı impiçment prosesinə başlaya bilərdi.

Tramp hər nə qədər bunu qanuni saysa da, bu, yad ölkənin liderini zorla qaçırtmaq faktıdır.

Bəs ABŞ-nin bu addımının Latın Amerikasında gərginliyi artırması, böhranın digər ölkələrə yayılması necə?

Konkret desək, Trampın Maduro ilə bağlı hərəkətləri yalnız iki ölkə arasında konflikt deyil. O, dünyada dövlətlərin suverenliyi, beynəlxalq hüquq və güc siyasəti haqqında geniş bir debat açdı. Bu vəziyyət hələ uzun müddət siyasi, hüquqi və geosiyasi müzakirələrin mərkəzində olacaq.

Elmar

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
36
icma.az

1Mənbələr