AZ

İspaniya: Venesueladakı hərbi əməliyyat təhlükəli presedent yaradır

Bakivaxti saytından verilən məlumata görə, ain.az xəbər verir.

Karakasdakı əməliyyat dünyanı qeyri-müəyyənlik və qeyri-sabitliklə dolu gələcəyə doğru itələyən dəhşətli və çox təhlükəli bir presedent yaradır.

Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, bunu İspaniyanın Baş naziri Pedro Sançez deyib. 

O, açıqlamasında ölkəsinin beynəlxalq hüququn pozulması qarşısında səssiz qalmayacağını vurğulayıb.

"İspaniyan beynəlxalq hüququ pozan və yeganə məqsədi başqa bir ölkənin təbii sərvətlərini ələ keçirmək üçün hökuməti devirmək olan hərbi əməliyyatların qanuniliyini tanımayacaq. ABŞ-nin hərəkətləri beynəlxalq hüquqa açıq şəkildə ziddir. Zorakılıq və güc tətbiqi xarici siyasətdən tamamilə çıxarılmalıdır. İspaniya beynəlxalq hüququn getdikcə daha çox pozulması hallarına qarşı səssiz qalmayacaq. Biz həmişə qanunun aliliyinin tərəfində dayanacağıq. Çoxtərəfliliyi gücləndirmək üçün əlimizdə olan bütün resurslardan istifadə edəcəyik", - deyə Sançez qeyd edib.

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
83
1
bakivaxti.az

2Mənbələr