AZ

Bu rayonlarda iş axtaranlar üçün ŞANS

Hazırda Azərbaycanın bir sıra bölgələrində boş iş yerləri var.

“Yeni Sabah” xəbər verir ki, Gəncə şəhəri, Qazax və Samux rayonlarında müxtəlif sahələr üzrə iş imkanları mövcuddur.

Ucarda fəaliyyət göstərən “Azərbaycan Politic Company” MMC 20–55 yaş aralığında, ali təhsili olmasa da müvafiq sahədə bacarıqları olan namizədlər üçün vakansiya elan edib.

Qazax rayonunda yerləşən “Tamstore” mağazası isə baş satıcı axtarır. Vakansiya 18–55 yaş aralığında, orta təhsilli və işgüzar namizədlər üçün nəzərdə tutulub.

Bundan əlavə, Samux Rayon Gigiyena və Epidemiologiya Mərkəzi dezinfeksiya bölməsi üzrə bölmə müdiri – epidemioloq həkim-köməkçisi vəzifəsinə işçi qəbul edir. Vakansiya üçün ali təhsil tələb olunmur. Namizədin yaş həddi 22–65 aralığında müəyyən edilib. Təklif olunan aylıq əməkhaqqı isə 460–612 manat təşkil edir.

Nazirlikdən bildirilib ki, qeyd olunan vakansiyalarla maraqlanan şəxslər ərazi üzrə regional məşğulluq filiallarına və ya xidmət şöbələrinə müraciət edə bilərlər. Yeni iş imkanları ilə bağlı məlumatların mütəmadi olaraq yenilənəcəyi də vurğulanıb.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
52
yenisabah.az

1Mənbələr