AZ

Deputat Kıbrıs Azərbaycan Evini ziyarət etdi - FOTOLAR

Deputat Kıbrıs Azərbaycan Evini ziyarət etdi - FOTOLAR

Türk Dövlətlərinə üzv ölkələrin QHT Platformasının Baş katibi və Milli Məclisin deputatı Azər Allahverənov Kıbrıs Azərbaycan Evini ziyarət edib.

Modern.az-ın məlumatına görə, yanvarın 7-də Azər Allahverənov Lefke Avropa Universitetinin dəstəyi ilə yaradılan Kıbrıs Azərbaycan Evini ziyarət edib.

Ziyarət zamanı Baş katib mərkəzin qurucusu Ruslan Quliyev ilə görüşüb. Görüşdə mərkəzin fəaliyyəti, məqsədləri və gələcək planları barədə ətraflı məlumat alınıb. Müzakirələr zamanı Kıbrısda Azərbaycan diasporunun təşkili, milli-mədəni dəyərlərin təbliği, gənclərin maarifləndirilməsi və Türk dünyası arasında ictimai əməkdaşlığın gücləndirilməsi məsələləri diqqət mərkəzində olub.

Azər Allahverənov Kıbrıs Azərbaycan Evinin fəaliyyətini yüksək qiymətləndirərək, bu cür təşəbbüslərin diaspor fəaliyyətinə və Türk dünyası birliyinin möhkəmlənməsinə mühüm töhfə verdiyini vurğulayıb.

Eyni zamanda qarşılıqlı əlaqələrin inkişafına dəstək məqsədilə beynəlxalq təcrübənin öyrənilməsi, treninqlərin təşkili, beynəlxalq təşkilatlarla əməkdaşlıq, birgə daxili və xarici səfərlərin həyata keçirilməsi və müvafiq birgə inkişaf proqramlarının hazırlanması barədə razılıq əldə olunub.

Ziyarətin sonunda Azər Allahverənov xatirə dəftərinə mərkəz haqqında fikirlərini qeyd edib, Ruslan Quliyev isə göstərilən diqqət və dəstəyə görə təşəkkürünü bildirib və mərkəzin gələcək layihələrini təqdim edib.

Seçilən
32
4
afn.az

5Mənbələr