AZ

Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə daxilolmalar 4 faizə yaxın artıb

525.az saytından alınan məlumata görə, ain.az bildirir.

2025-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 16 milyard 353,5 milyon manat vəsait daxil olub.

525.az quruma istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 3,5 %, proqnozdan isə 5,5 % çoxdur.

Ötən il vergi daxilolmalarının 12 milyard 6 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə əvvəlki ilə nisbətən 8,9 %, proqnozdan isə 2,9 % çoxdur.

Xatırladaq ki, ötən il Dövlət Vergi Xidməti büdcəyə 15,5 milyard manat vəsait köçürməli idi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
41
525.az

1Mənbələr