AZ

Cəbrayılın Mehdili kəndində mina partlayıb 

Yanvarın 7-də Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində mina partlayıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) AZƏRTAC-a verilən məlumata görə, humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən özəl şirkətlərdən birinin əməkdaşı 1985-ci il təvəllüdlü Məmmədov Rəşad Nəriman oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyadaəleyhinə mina partlayışı baş verib.

Hadisə nəticəsində Məmmədov Rəşad ayaq nahiyəsindən yüngül xəsarətlər alıb.

Xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.

Seçilən
97
43
azerbaijan-news.az

10Mənbələr