AZ

Hələbdə hərbi zonalar yaradılıb

Azvision saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Yerli mətbuatın rəsmi mənbələrə istinadən yaydığı məlumata əsasən, hərbi zonaya çevrilən məhəllələrdən mülki şəxslərin çıxarıla bilmələri üçün humanitar dəhlizlər də açılıb.

Hələbdə toqquşmalar şiddətlənib

Xatırladaq ki, yanvarın 5-də separatçı Suriya Demokratik Qüvvələrinin Hələbin şərqində yerləşən polis məntəqəsinə pilotsuz uçuş aparatı (PUA) ilə hücumu nəticəsində üç hərbçi xəsarət alıb. Nəticədə Suriya Ordusu separatçılara qarşı cavab zərbələri endirib. Bu gün isə Hələbin Şeyx Məqsud və Əşrəfiyyə məhəllələrində ordu və separatçılar arasında toqquşmalar şiddətlənib. Təsdiqlənməmiş məlumata görə, həm yaraqlılardan, həm də mülki əhalidən ölən və yaralananlar var. Adıçəkilən məhəllələrin sakinləri təhlükəsiz yerlərə qaçmağa çalışırlar. 2025-ci ilin dekabr ayının 22-də Türkiyə nümayəndə heyətinin: xarici işlər naziri Hakan Fidan, kəşfiyyat rəhbəri İbrahim Qalın və müdafiə naziri Yaşar Gülərin paytaxt Dəməşqə səfəri nəticəsində Hələbdə vəziyyət gərginləşib. 2025-ci ilin 10 martında Suriyanın keçid hökumətinin Prezidenti Əhməd Əl-Şərəə ilə separatçıların komandiri Məzlum Əbdi arasında qüvvələrin birləşdirilməsinə dair razılaşma imzalanıbsa da, bu istiqamətdə hər hansı konkret addım atılmayıb. Firudin Həmidli

AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
54
2
azvision.az

3Mənbələr