AZ

Yuxu immun sistemini gücləndirir?

"İmmun sisteminin güclü olması üçün əsas amillərdən biri də yuxu rejimidir. 

Yuxu rejimi pozulmuş insanın güclü immun sistemindən söhbət gedə bilməz".

“Cebheinfo.az” verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “İnstaqram” hesabında canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev bildirib.

O qeyd edib ki, bədən üçün yuxu detoks funksiyasını yerinə yetirir:

“Hüceyrələrin yenilənməsi və bədənin yeni mühitə adaptasiyası yuxu zamanı baş verir. Normal yuxu rejimi mövcud deyilsə, immun sistemi zəifləyir və müxtəlif xəstəliklərə səbəb olur.

Bəzi insanlar səkkiz-doqquz saat yatsalarda yuxudan tam doymadıqlarını bildirirlər. Araşdırdıqda gördük ki, belə şəxslərin dərin yuxusu yoxdur, tez-tez oyanırlar və yuxunun tam dərin fazasına daxil ola bilmirlər. Bu isə keyfiyyətsiz yuxu sayılır, immun sistemin zəifləməsinə səbəb olan əsas faktorlardandır”.

Seçilən
121
cebheinfo.az

1Mənbələr