Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin Venesuela Prezidenti Nikolas Maduroya Türkiyəyə getmək imkanı təklif etməsi ilə bağlı yayılan məlumatları təkzib edib.
Redaktor.az "TRT Haber" telekanalına istinadən xəbər verir ki, dövlət başçısı bu barədə açıqlamasında belə bir təklifin olmadığını bildirib.
“Bizə belə bir məlumat daxil olmayıb, belə bir şey olmayıb”, – deyə Ərdoğan vurğulayıb.
Qeyd edək ki, daha əvvəl “New York Times” qəzeti ABŞ hakimiyyətinin dekabrın 23-də Nikolas Maduroya Türkiyəyə səfər təklif etdiyini, lakin Venesuela liderinin bu təklifi “qəzəblə rədd etdiyini” yazmışdı.
Aminə ŞAHSUVARQIZI