AZ

İran XİN rəsmisi Ermənistanda Cənubi Qafqazda sülh və əməkdaşlığı müzakirə edəcək

Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İran xarici işlər nazirinin müavini Məcid Təxt Rəvançi bu gün Ermənistana səfər edəcək.

APA xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində Təxt Rəvançi Ermənistanın xarici işlər nazirinin müavinləri ilə siyasi məsləhətləşmələr aparacaq, digər rəsmiləri ilə görüşlər keçirəcək.

Eyni zamanda, İki ölkənin iqtisadi, ticarət, tranzit, nəqliyyat və digər sahələrdə əməkdaşlığı üzrə məsləhətləşmələrin aparılacağı bildirilib.

İran XİN rəsmisi Ermənistana səfər çərçivəsində Cənubi Qafqazda sülh və əməkdaşlıq üzrə fikir mübadiləsi aparacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
3
apa.az

4Mənbələr