“Kəpəz” qış fasiləsində ilk transferini reallaşdırıb.
Msport.az xəbər verir ki, “sarı-göylər” qış transfer dönəmində Veysəl Rzayevin keçidini rəsmiləşdirib.
23 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi gəncəlilərin formasını geyinəcək.
Veysəl mövsümün ilk yarısını “Turan-Tovuz”da keçirib. Bu müddət ərzində Premyer Liqada 3 oyuna 1 qol vuran Rzayev, Ölkə kubokunda 2 matç keçirib və 1 dəfə fərqlənib.