AZ

Türk dövlətləri arasında əlaqələrin daha yüksək səviyyəyə çatdırılması zamanın tələbidir



“Beynəlxalq təhdidlərin artdığı, qlobal miqyasda gərginliklərin çoxaldığı bir məqamda Türk dövlətlərinin inteqrasiyasının daha da sürətləndirilməsi, əlaqələrin daha yüksək səviyyəyə çatdırılması zamanın tələbidir. Bu mənada Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bu günlərdə yerli televiziya kanallarına verdiyi müsahibədə Türk dünyası ilə bağlı səsləndirdiyi fikirlər Türk dövlətləri üçün bir mesaj olmalıdır. Dövlət başçısı haqlı olaraq müsahibəsi zamanı bildirdi ki, siyasi-iqtisadi, mədəni-humanitar əlaqələri hərbi sahəyə də daşımaq lazımdır”.

Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. O qeyd edib ki, Azərbaycan Liderinin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hərbi təlimlərinin keçirilməsi təşəbbüsünə də digər üzv ölkələr adekvat reaksiya verməlıdirlər:

“Cənab İlham Əliyev bir müddət əvvəl TDT-nin toplantılarından birində də eyni təşəbbüslə çıxış etmişdir. Azərbaycan kimi digər TDT ölkələri də bu prosesdə maraqlı olmalıdırlar. Prezident İlham Əliyevin dediyi kimi kim güclüdür, o da haqlıdır. Ona görə də Türk dövlətləri də haqlı olduqlarını sübuta yetirmək üçün mütləq güclü olmalıdırlar. Güclü olmağın yolu isə ölkələr arasında hərbi əməkdaşlığı inkişaf etdirmək, koordinasiyalı şəkildə fəaliyyət göstərməkdən keçir”.

Arzuman Muradlı hesab edir ki, hərbi əməkdaşlıq gələcəkdə TDT-nin çevik hərbi qüvvələrinin yaradılmasına da yol aça bilər:

“Əgər bu gün NATO, KTMT varsa, yaxud Ukrayna müharibəsindən sonra Avropa İttifaqının çevik qüvvələrinin yaradılması ideyası ortaya çıxdısa, nə üçün TDT-nin belə bir hərbi qurumu olmasın?”.

Süleyman
Seçilən
55
1
newscenter.az

2Mənbələr