Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşən Azərbaycan vətəndaşlarının sayı yenilənib.
Aznews.az-ın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının saytına istinadən xəbərinə görə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 4004 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.
Onlardan 3998 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfər isə Vətən müharibəsi və sonrakı dövrdə itkin düşmüş şəxslərdir.