AZ

"Daha sürətli arıqlamaq üçün kifayət qədər su içmək vacibdir"

Arıqlama prosesini sürətləndirmək üçün kifayət qədər maye qəbul etmək vacibdir.

Redaktor.az rus mediasına istinadla xəbər verir ki, həkim-endokrinoloq Yuliya Atamanova bildirir ki, su orqanizmin müxtəlif funksiyalarını, o cümlədən yağların parçalanmasını effektiv şəkildə yerinə yetirməsinə kömək edir.

“Atamanova qeyd edib ki, su yağların parçalanmasını təşviq edir, susuzluq isə bu prosesi ləngidir. Kifayət qədər maye qəbul etmək maddələr mübadiləsini sürətləndirir. Bir araşdırma göstərib ki, gündə 2 litr su içmək təxminən 100 kalori əlavə xərcləməyə səbəb olur. Bundan başqa, yeməkdən əvvəl iki stəkan su içmək porsiyanın ölçüsünü təxminən 22% azalda bilər. Tez-tez aclığı susuzluqla qarışdırırıq, buna görə də suyun müntəzəm qəbulu bu problemi aradan qaldırır”, - deyə həkim açıqlayıb.

Atamanova əlavə edib ki, su kalori daşımır və onu şirələr, qazlı içkilər əvəzinə içmək gündəlik qəbul olunan kalorinin azalmasına kömək edir. Vacibdir ki, içilən maye su olsun, qəhvə və ya çay deyil, çünki isti çay və qəhvə insanın daha çox yeməsinə stimul verə bilər.

Həkim həmçinin bildirib ki, kifayət qədər su içib-icmədiyinizi sidiyin rəngindən anlamaq olar: əgər sidik yarı şəffaf və açıq sarı rəngdədirsə, hər şey qaydasındadır; əks halda, su az qəbul olunur. Su içməyi unutmaqdan qorunmaq üçün hər zaman özünüzlə su qabı daşımaq tövsiyə olunur.

Nuriyyə NATİQQIZI

Seçilən
125
1
redaktor.az

2Mənbələr