AZ

Metal tullantılar MKE müəssisələrində silah və sursata dönüşdürülür

“Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti Türkiyənin bütün ictimai dövlət qurum və təşkilatlarının metal tullantılarını toplayaraq, qəhrəman əsgərlərin ehtiyac duyduğu silah və sursatı istehsal edir.

MKE-dən “Poliqon”a bildirilib ki, Kırıkkale, İzmir–Aliağa və Kocaeli–Seymen bölgələrində yerləşən 3 müəssisəsi ilə “MKE Təkrar Emal Müəssisəsi” Türkiyənin ən ixtisaslaşmış müdafiə təkrar emal mərkəzlərinin başında gəlir.

2025-ci ildə bazardan və dövlət qurumlarından təxminən 300 min ton metal tullantısı tədarük etmiş MKE, bu tullantıları emal edərək həm öz zavodlarının xammal ehtiyacını qarşılayıb, həm də mülki bazarın keyfiyyətli metal tullantısı tələbatına cavab verərək ölkə iqtisadiyyatına mühüm töhfə verib.

İstifadəyə yararsız və ehtiyacdan artıq metal tullantıları MKE Təkrar Emal Müəssisələrində mütəxəssis heyət tərəfindən kimyəvi və fiziki xüsusiyyətlərinə görə ayrıldıqdan sonra, MKE-nin Polad və Latun zavodunda sözün əsl mənasında gücə çevrilir.

Elektrikli ark sobalarında əridilən metal tullantıları 1250°C temperaturda emal edildikdən sonra, 3000 tonluq preslərdə ilkin formasını alır. Yüksək keyfiyyət göstəricilərinə çatan emal olunmuş polad, MKE-yə bağlı zavodlarda 5.56 mm-dən 155 mm-ə qədər bütün silah sistemlərinin istehsalında, yüngül və ağır silah lülələrində, sursat gövdələrində və qabaqcıl müdafiə texnologiyalarının hazırlanmasında istifadə edilir.

Müasir və ekoloji standartlara tam uyğun müəssisələrdə emal edilərək iqtisadiyyata və müdafiə sənayesinə yenidən qazandırılan metal tullantıları, eyni zamanda ölkənin müdafiə sektorunda strateji xammal müstəqilliyini, xərc səmərəliliyini və davamlı istehsal gücünü təmin edir.

Təkrar emal prosesindən əldə olunan gəlirlər həm MKE-nin tədqiqat-inkişaf layihələrinə, həm də yeni nəsil müdafiə proqramlarına maliyyə mənbəyi yaradır.

Təkrar emal vasitəsilə MKE yalnız müdafiə sənayesinə deyil, eyni zamanda Türkiyənin ekoloji və dayanıqlı inkişaf hədəflərinə də böyük dəstək verir. Bu prosesdə aşağı enerji sərfiyyatı təmin edilərək, ümumi karbon emissiyası da azaldılır. Hər 1 ton metalın geri qazanılması ilə təbiətə təxminən 1.8 ton karbon qazının (CO₂) buraxılmasının qarşısı alınır.

Gələcək nəsillərə daha güclü müdafiə mirası buraxmağı hədəfləyən MKE, təhlükəli tullantıların təhlükəsiz idarə olunması yolu ilə ekosistemin qorunmasına da əhəmiyyətli töhfə verir.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

MKE

MKE

MKE

MKE

MKE

MKE

MKE

Seçilən
34
poliqon.az

1Mənbələr