AZ

Hələbdə PKK/YPG nin mövqeləri bombalanır

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Suriya ordusu Hələbdə PKK/YPG-nin mövqelərini bombalamağa başlayıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Suriya ordusu Hələbin Şeyx-Məqsud və Əşrəfiyyə rayonlarında məhdud hərbi əməliyyat keçirir.

Qeyd edək ki, bundan əvvəl Suriya ordusu Suriya Demokratik Qüvvələrinin Hələbdəki hərbi obyektlərinin qanuni hədəf olduğunu bildirmişdi. Suriya ordusu onu da bildirib ki, SDQ tərəfindən idarə olunan bölgələr qapalı hərbi zona elan olunub və mülki şəxslərin həmin ərazilərdən çıxması üçün humanitar dəhlizlər yaradılıb. Yerli mətbuat Şeyx Məqsud və Əşrəfiyyə bölgələrində iki humanitar bölgənin yaradılması haqqında məlumat yayıb. Məktəblər, universitetlər və hökumət qurumları fəaliyyətini dayandırıb. Baş verən toqquşmalarda indiyə qədər azı 9 nəfərin öldüyü təsdiqlənib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
58
7
globalinfo.az

9Mənbələr