Olke.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Masazırdan paytaxta hər gün xeyli sayda insan iş təhsil və s. müxtəlif səbəblərə görə Bakıya gəlir. Masazırdan Bakıya gələn əsas yol olan Əliaşağ Vahid küçəsində isə hər zaman tıxac yaranır. Bu da sərnişinlərin ən çox şikayət etdiyi mövzudur. Masazır sakinləri bildirir ki, Masazırdan əsas yola rahat çıxmaq üçün bir küçə də var, lakin buranın təmirsiz olması sürücülərə rahat yolla gəlməyə imkan vermir.
Xırdalan-Novxanı yolundan Masazır qəsəbəsinə gedən Ziya Bünyadov küçəsi təmir edilərsə, bu, sürücülərin yolunu qısalda və tıxacda keçirilən saataların azalda bilər.
Sözügedən küçədə yaxın müddətdə təmir-bərpa işlərinin aparılıb-aparılmayacağı ilə bağlı Ölkə.Az Azərbaycan Avtomobil Yolları Nəqliyyat Agentliyinə sorğu ünvanlanıb.
Qurumun mətbuat katibi Anar Nəcəfli sorğumuza cavab olaraq bildirilib ki, sözügedən küçə ilə bağlı daha əvvəl vətəndaşlar agentliyə müraciət ünvanlayıb:
“Vətəndaşlara müvafiq cavab verilib. Sözügedən ərazi AAYDA-nın balansında deyil. Ümumiyyətlə Abşeron ərazisii agentliyin balansında deyil və həmin ərazilərə icra hakimiyyəti cavabdehdir. İcra Hakimiyyəti tərəfindən bu məsələ aidiyyəti üzrə qaldırılmalı, təkliflər hazırlanıb verilməlidir ki, dövlət investisiya Proqramına daxil edilsin. Artlıq proqrama daxil edilərsə, təbii ki, AAYDA tərəfindən həmin ərazilərdə yenidənqurma işləri həyata keçirilə bilər”.

Məsələ ilə bağlı Ölkə.Az Abşeron Rayon İcra Hakimiyyətinə də sorğu ünvanlayıb.
Qeyd edək ki, Xırdalan–Masazır–Novxanı avtomobil yolundan ayrılaraq Zəngilan qaçqın və məcburi köçkünlərinin məskunlaşdığı şəhərciyə gedən avtomobil yolunda əsaslı təmir işlərinə start verilib.
Aparılan əsaslı təmir işləri yekunlaşdıqdan sonra yolun istismara tam yararlı vəziyyətə gətirilməsi, nəqliyyat vasitələrinin və piyadaların rahat, təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi nəzərdə tutulur.
Billurə Yunus
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.