AZ

Rza Pəhləvi özünü inqilabın lideri adlandırdı Saat 20:00 da hamı küçələrə çıxsın

ain.az, Demokrat.az saytına istinadən bildirir.

İranın sonuncu şahının oğlu Rza Pəhləvi İran xalqını 8 və 9 yanvar tarixlərində yerli vaxtla saat 20:00-da küçələrə çıxmağa çağırıb.Demokrat.az Savashmedia.az-a istinadən xəbər verir ki, o, çıxışının məqsədinin “keçid prosesinə liderlik etmək” olduğunu vurğulayıb.Pəhləvi bildirib ki, onun bundan sonrakı addımları və açıqlamaları məhz iranlıların bu çağırışa necə cavab verməsindən asılı olacaq. Pəhləvinin sözlərinə görə, əsas hədəf sülh yolu ilə dəyişikliklərə nail olmaqdır. Bu dəyişikliklər milli referendum və konstitusiya məclisi vasitəsilə həyata keçirilməlidir. "Şərait tələb edən kimi İrana daxil olmağa və son mübarizəni idarə etmək üçün həmvətənlərimin yanında olmağa həmişəkindən daha çox hazıram”, - o qeyd edib.R.Pəhləvi İran hakimiyyətinin "süquta çox yaxın" olduğunu da iddia edib.Tehranda dekabrın 28-də mağaza satıcıları tərəfindən rialın devalvasiyasına qarşı başlanan etirazlar bütün ölkəyə yayılıb.Yerli hüquq müdafiəçiləri ölkəboyu ən az 34 nəfərin polis tərəfindən öldürüldüyünü, 2000-dən çox etirazçının həbs olunduğunu bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
1
demokrat.az

2Mənbələr