AZ

Kamran Əsədov yeni biznesə başlayır? - Hər uşaq 250 manat

Məhkəmə prosesi davam edən tanınmış təhsil eksperti Kamran Əsədov “Facebook” hesabında hekayə bölümündə paylaşdığı uşaq bağçası reklamı ilə diqqət çəkib.

Məhz K.Əsədovun son paylaşdığı uşaq bağçası ilə bağlı reklam izləyicilər arasında onun yeni biznesə başladığı ilə bağlı fikirlər yaradıb.

“Cebheinfo.az” saytı məsələni aydınlaşdırmaq üçün sözügedən “Ancel” uşaq mərkəzi ilə əlaqə saxlayıb.

Mərkəzdən bildirilib ki, baxça Kamran Əsədovun iştirakı ilə fəaliyyət göstərir:

“Yeni yaradılacaq qruplara müəllim seçimi ilə birbaşa Kamran bəy məşğul olacaq. Mərkəz 2-5 yaş aralığında uşaqları qəbul edəcək və aylıq ödəniş 250 manat təşkil edir. Tədris proqramına nitqin inkişafı, ingilis və rus dili, rəqs, gimnastika və məntiq dərsləri daxildir. 

Gün ərzində uşaqlara 5 dəfə qidalanma təmin olunacaq və valideynlər üçün 24/7 onlayn izləmə xidməti mövcuddur. Uşaqlar tam etibarlı mühitdə təhsil alacaqlar”.

Mövzu ilə bağlı Kamran Əsədova sual ünvanlasaq da, cavab ala bilmədik.

Xatırladaq ki, K.Əsədov və tanışı Gündüz Abbasov 2025-ci ildə keçirilən qəbul və buraxılış imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunur.

Onlar 15 abituriyentin imtahanlarda nəticə əldə etməsinə kömək etmək üçün gizli kamera, səs ötürücü funksiyalı “VIP smart” telefon, nano qulaqlıq və digər qurğulardan istifadə etməkdə suçlanırlar.

Hər iki şəxs Cinayət Məcəlləsinin 302.3-cü və 308.1-ci maddələri ilə ittiham olunub.Hazırda istintaq prosesi davam edir.

Seçilən
93
1
cebheinfo.az

2Mənbələr