AZ

Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın dəyişən dünya fonunda siyasi xəttini aydın şəkildə ortaya qoyur - Azər Qarayev

Bakı. Trend:

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyison müsahibə sadəcə ötən ilin yekunlarına həsr olunmuş ənənəviçıxış deyil, Azərbaycanın yaxın və orta perspektiv üçün siyasi,iqtisadi və geosiyasi xəttini açıq şəkildə ortaya qoyanaçıqlamalardır. Müsahibə həm məzmununun genişliyi, həm də dövlətbaşçısının verdiyi açıq və prinsipial mesajlarla xüsusi əhəmiyyətdaşıyır. Regional və qlobal proseslərin kəskinləşdiyi, beynəlxalqmünasibətlər sisteminin ciddi sınaqlardan keçdiyi bir dövrdəPrezident İlham Əliyevin mövqeyi ölkənin hansı istiqamətdəirəlilədiyini aydın şəkildə nümayiş etdirir. Yəni Azərbaycanındəyişən dünya fonunda siyasi xəttini aydın şəkildə ortayaqoyur.

Bunu Trend-əpolitoloq Azər Qarayev deyib.

"Prezident İlham Əliyev müsahibədə ilk növbədə 2025-ci ilinAzərbaycanın müasir tarixində tutduğu yeri dəyərləndirərək budövrün siyasi baxımdan həlledici olduğunu vurğulayıb. Dövlətbaşçısının sözlərinə görə, "Keçən il doğrudan da tarixi il sayılabilər. Çünki məhz keçən 2025-ci ildə Ermənistan-Azərbaycanmüharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu və artıq biz birneçə aydır ki, sülh şəraitində yaşayırıq". Bu fikir təkcə keçmişinyekunu deyil, həm də gələcək üçün konseptual yanaşmadır. Dövlətbaşçısı açıq şəkildə bildirir ki, müharibənin bitməsi avtomatikolaraq bütün problemlərin həlli demək deyil və sülh şəraitindəyaşamaq özü ayrıca siyasi məsuliyyət və uzunmüddətli strategiyatələb edir. “Sülh şəraitində yaşamağı öyrənirik” fikri isəAzərbaycanın yeni mərhələyə keçid etdiyini göstərən simvolikmesajdır.

Prezident İlham Əliyev müsahibədə beynəlxalq münasibətlərsisteminə də toxunaraq, mövcud dünya nizamının dərin böhran içindəolduğunu açıq şəkildə ifadə edib. Onun sözlərinə görə, "təəssüf ki,beynəlxalq hüququn norma və prinsipləri faktiki olaraq işləmir.Azərbaycan isə beynəlxalq hüququn işləməməsinin ilk qurbanlarındanbiri olmuşdur". Bu yanaşma təsadüfi deyil. Prezident İlham Əliyevxatırladıb ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlıqüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasınıtələb edən qətnamələri 27 il ərzində kağız üzərində qalıb və yalnızAzərbaycanın öz gücü və siyasi iradəsi hesabına icra edilib. Bubaxımdan dövlət başçısının mövqeyi Azərbaycanın niyə güclü dövlətquruculuğunu prioritet seçdiyini, niyə təhlükəsizliyini kənarmexanizmlərə deyil, öz imkanlarına əsaslandırdığını izah edir.

Müsahibədə ABŞ-la münasibətlər ayrıca diqqət mərkəzində olub.Prezident İlham Əliyev bu kontekstdə 2025-ci ilin Azərbaycan-ABŞəlaqələri baxımından da tarixi il olduğunu bildirib. Dövlətbaşçısı, xüsusilə uzun illər ikitərəfli münasibətlərə mənfi təsirgöstərən 907-ci düzəlişin aradan qaldırılmasını qeyd edərəkvurğulayıb ki, bu addım müharibənin siyasi baxımdan başa çatması vəyeni reallıqların qəbul edilməsi fonunda mümkün olub. Dövlətbaşçısının fikrincə, bu qərar Vaşinqtonun bölgədə yaranmış yenivəziyyəti daha realist qiymətləndirməsinin göstəricisidir. Buyanaşma Azərbaycanın xarici siyasətdə çoxşaxəli və balanslıxəttinin mühüm elementidir və ölkənin Qərblə münasibətlərində yeniimkanlar açır.

Prezident İlham Əliyev müsahibə zamanı Azərbaycanın beynəlxalqtəhlükəsizlik məsələlərinə yanaşmasını da qətiyyətlə ifadə edib.Xüsusilə Yaxın Şərqdə, o cümlədən Qəzza ətrafında müzakirə olunanmümkün sülhməramlı missiyalarla bağlı suallara cavab verən İlhamƏliyev bildirib: “Biz azərbaycanlıların həyatını və sağlamlığınıbaşqaları naminə riskə atmaq niyyətində deyilik”. O, açıq şəkildəvurğulayıb ki, Azərbaycanın xarici ərazilərdə hərbi əməliyyatlardaiştirakı gündəmdə deyil. Bu mövqe ölkənin təhlükəsizlik siyasətininəsas fəlsəfəsini əks etdirir: Azərbaycan öz maraqlarını qoruyur,lakin kənar münaqişələrdə hərbi alətə çevrilmək niyyətindədeyil.

Regional mövzulara toxunan Prezident İlham Əliyev Zəngəzurdəhlizi məsələsində də qəti mövqe ortaya qoyub. Dövlət başçısınınsözlərinə görə, bu dəhlizin açılmasına artıq şübhə yoxdur. Dövlətbaşçısı vurğulayıb ki, Azərbaycan Orta Asiya ilə Qərb arasındaetibarlı və alternativsiz bağlantı rolunu oynayır. Bu fikir təkcəiqtisadi deyil, həm də geosiyasi məna daşıyır. Zəngəzur dəhliziAzərbaycanın tranzit və logistika imkanlarını genişləndirməkləyanaşı, ölkənin regional proseslərdə mövqeyini daha da gücləndirirvə Cənubi Qafqazın nəqliyyat xəritəsini köklü şəkildə dəyişəbilər.

Ermənistanla münasibətlər mövzusunda Prezident İlham Əliyevrealist və praqmatik mövqe nümayiş etdirib. Dövlət başçısımüharibənin siyasi baxımdan başa çatdığını qeyd etsə də, keçmişinizlərinin tam silinmədiyini də bildirib. Prezident İlham Əliyevinçıxışından aydın olur ki, Bakı sülhün möhkəmlənməsində maraqlıdır,lakin bu proses yalnız Azərbaycanın suverenliyinə və ərazibütövlüyünə hörmət əsasında mümkün ola bilər. Bu yanaşma revanşizməyer olmadığını, eyni zamanda güzəştlərin də birtərəfli olmayacağınıgöstərir.

Müsahibədə ölkədaxili vəziyyətə də toxunan Prezident İlhamƏliyev Azərbaycanın dünyanın ən təhlükəsiz ölkələrindən biriolduğunu bildirib. Dövlət başçısı təhlükəsizliyi təkcəhüquq-mühafizə orqanlarının fəaliyyəti ilə deyil, ümumi ictimaisabitlik, sosial siyasət və dövlət-vətəndaş münasibətlərininsağlamlığı ilə əlaqələndirib. Bu yanaşma Azərbaycanın beynəlxalqimicinə də xidmət edir və ölkənin turizm, investisiya və beynəlxalqtədbirlər üçün cəlbediciliyini artırır.

İqtisadi məsələlərə gəlincə, Prezident İlham Əliyevinmüsahibəsindən aydın olur ki, əsas prioritetlər infrastrukturuninkişafı, investisiyaların cəlbi və azad edilmiş ərazilərinbərpasıdır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrtəkcə regional deyil, ümumilikdə ölkə iqtisadiyyatınındayanıqlığını gücləndirən amil kimi təqdim olunur. Bu kontekstdədövlət başçısının vurğuladığı əsas xətt ondan ibarətdir ki, siyasiqələbə iqtisadi və sosial nəticələrlə möhkəmləndirilməlidir.

Ümumilikdə Prezident İlham Əliyevin yerli televiziya kanallarınaverdiyi müsahibə Azərbaycanın yeni mərhələyə qədəm qoyduğunu açıqşəkildə göstərir. Bu müsahibə bir tərəfdən keçilmiş yolunqiymətləndirilməsi, digər tərəfdən isə gələcək üçün aydın yolxəritəsidir. Dövlət başçısının verdiyi mesajlar göstərir ki,Azərbaycan güclü, müstəqil və praqmatik siyasət yürüdərək həmregionda, həm də beynəlxalq müstəvidə öz mövqelərini daha damöhkəmləndirmək niyyətindədir.

Məqalədə:
Seçilən
121
1
az.trend.az

2Mənbələr