AZ

Reşfordla bağlı qərar verildi

“Barselona” “Mançester Yunayted”dən icarəyə götürdüyü Markus Reşfordun gələcəyi ilə bağlı qərar qəbul edib.

Msport.az xəbər verir ki, Kataloniya təmsilçisi 28 yaşlı hücumçunu birdəfəlik transfer etməyəcək.

Klub icarə müqaviləsi başa çatdıqdan sonra – cari mövsümün sonunda onu “Mançester Yunayted”ə qaytaracaq. Buna səbəb “Barselona”nın hazırkı maliyyə vəziyyətidir.

Qeyd edək ki, Markus Reşford 2025-ci ilin iyulundan “Barselona”da oynayır. O, bu müddət ərzində bütün turnirlərdə keçirdiyi 25 matçda 7 qol vurub və 11 məhsuldar ötürmə verib.

Seçilən
35
2
msport.az

3Mənbələr