Redaktor.az saytına istinadən ain.az xəbər verir.
Moskvada 20 yaşlı bir qız yeni il şənliyində dostları ilə mübahisə əsnasında mandarin udmağa çalışıb və boğulma təhlükəsi ilə üzləşib.
Redaktor.az bu barədə rus mediasına istinadla xəbər verir.
Qız içkili dostlarının təşviqi ilə çətin bir oyun etməyə qərar verib. Lakin cəhd uğursuz olub və mandarin onun boğazında ilişib, nəticədə boğulma riski yaranıb.
Dostları ona yardım etmək üçün sinəsinə təzyiq göstəriblər. Qız mandarin çıxara bilsə də, qabırğasında sınıq əmələ gəlib. Daha sonra xəstəxanaya yerləşdirilən qızda akut asfiksiya və sınıq diaqnozu qoyulub.
Hazırda o, müalicə alır.
Nuriyyə NATİQQIZI
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.