Fransada rəqs müəllimi hipnoz adı altında sistematik təcavüzdə ittiham olunur.
Publika.az xəbər verir ki, bu barədə "France Info" məlumat yayıb.
Ən azı 14 gənc qadına təcavüz etməkdə şübhəli bilinən 47 yaşlı Siril Z.-nin məhkəməsi başlayıb. Müstəntiqlərin sözlərinə görə, o, rəqs dərsləri zamanı qızların etimadını qazanıb və bundan sonra evində onlara "hipnoz seansları" təklif edib.
Bu görüşlərdə o, qurbanları üçün güclü sakitləşdirici zolpidemlə şərab tökür, sonra isə onları zorlayır və hadisəni lentə alırmış. O, cinayətləri bir neçə il ərzində törədib.
Təqsirləndirilən şəxsin evində aparılan axtarış zamanı 20-dən çox qadının onlarla video görüntüsü aşkar edilib.