AZ

Bank olmayan kredit təşkilatına 15% lə borca pul lazımdır ŞƏRTLƏR

ain.az bildirir, Marja.az saytına əsaslanaraq.

7 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "International” ASC-nin 1 milyon manatlıq istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.

Marja.az xəbər verir ki, qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 14.01.2026-cı il tarixində keçiriləcəkdir.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: BOKT "International” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ2034021025

İstiqrazların növü və forması:  Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz

Ticarət üsulu/forması:  Kütləvi/Rəqabətli hərrac

İstiqrazların sayı:  10 000 ədəd

İlkin ticarət qiyməti:  100 manat

İstiqrazların buraxılış həcmi:  1 000 000 manat

İllik gəlirlilik faizi:  15%

Ödəmə Periodu:  İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir

Tədavül müddəti:  3 il

Ticarətə buraxılma tarixi:  14.01.2026

Anderrayter:  “PAŞA Kapital İ.Ş.” QSC

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
1
marja.az

2Mənbələr