AZ

Axios: Danimarka Trampı Qrenlandiya məsələsində fikrindən daşındıra bilməyib...

Kopenhagenin müttəfiqlərinin Ağ Evi pərdəarxasında inandırmaq cəhdləri nəticə verməyib...

Son həftələrdə Danimarka hakimiyyəti Qrenlandiya ilə bağlı müttəfiqlərin pərdəarxası yollarla inandırmaq strategiyasının ABŞ prezidenti Donald Tramp üzərində təsir göstərmədiyini dərk edib.

Poliqon xəbər verir ki, bu barədə Axios danimarkalı rəsmi şəxsə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, yaranmış vəziyyətin ciddiliyi məhz bununla bağlıdır və bu səbəbdən Danimarkanın müttəfiqləri və tərəfdaşları məsələ ilə bağlı açıq şəkildə etiraz edir və həyəcan təbili çalırlar. Rəsmi bildirib ki, Qrenlandiya ətrafında artan ritorika yalnız ikitərəfli münasibətlər üçün deyil, həm də transatlantik əməkdaşlıq baxımından risklər yaradır.

Axios qeyd edir ki, Kopenhagen Tramp administrasiyası dövründə Vaşinqtonun Qrenlandiyaya marağını neytrallaşdırmaq üçün diplomatik kanallardan və müttəfiqlərin dəstəyindən istifadə etməyə çalışsa da, bu cəhdlər gözlənilən nəticəni verməyib. Nəticədə Danimarka tərəfi mövqeyini daha açıq və ictimai formada ifadə etməyə məcbur qalıb.

Poliqon.info

Seçilən
60
poliqon.info

1Mənbələr