Astarada yol qəzası olub, ər-arvad xəsarət alıb.
NOCOMMENT.az cənub bürosunun verdiyi xəbərə görə hadisə rayonun Ərçivan qəsəbə ərazisində qeydə alınıb. Astara rayonunun Hamuşam kənd sakini Eldar Şabanovun idarə etdiyi “Niva” markalı nəqliyyat vasitəsi, Astara rayonunun Şüvi kənd sakini 1980-cı il təvəllüdlü Muxtar Manaf oğlu Rəhimovun idarə etdiyi mopedlə toqquşub. Qəza nəticəsində mopedin sürücüsü və mopeddə olan həyat yoldaşı Bakı şəhər sakini 1987-ci il təvəllüdlü Lalə Xanlar qızı Aslanova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub və onlara zəruru ilkin tibbi yardım göstərilib. Həkimlər, qəzada xəsarət alan L.Aslanovanın vəziyyətini ağır qiymətləndirir.
Mopedin sürücüsünün sözlərinə görə “Niva” markalı nəqliyyat vasitəsinin sürücüsü dönmə əməliyyatını düzgün yerinə yetirməyib və onları vurub.
Faktla bağlı araşdırma aparılır.