AZ

“İnter” “Parma”ya qarşı üç itki ilə oynayacaq

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İtaliya A Seriyasında “İnter” bu axşam “Parma”ya qarşı keçiriləcək oyunda üç futbolçunun xidmətindən yararlana bilməyəcək.

İdman.Biz xəbər verir ki, Milan təmsilçisinin heyətində Matteo Darmian, Endi Diuf və Davide Frattesi bu görüşdə iştirak etməyəcək.

“La Gazzetta dello Sport”un məlumatına görə, Darmian baldır əzələsindəki problemdən sonra artıq komanda ilə birlikdə məşqlərə qoşulub. Diuf isə bud əzələsindəki yüngül gərginliyə görə “Bolonya” ilə oyunu buraxsa da, artıq hazırdır. Hər iki futbolçunun bazar günü “Napoli”yə qarşı keçiriləcək matçda iştirak edəcəyi gözlənilir.

Mənbənin yazdığına görə, Davide Frattesinin də “Napoli” ilə görüşə qədər sıraya dönməsi ehtimalı yüksəkdir.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
75
1
icma.az

2Mənbələr