AZ

Misirli ekspert: 907-ci düzəlişin ləğvi regionda davamlı sülhə töhfə verə bilər  

44 günlük Vətən müharibəsində əldə olunan Zəfərdən sonra yaranan yeni siyasi reallıqlar fonunda ABŞ-ın “Azadlığa dəstək aktı”na daxil edilmiş 907-ci düzəliş artıq məntiqi və siyasi əsasını itirib. Uzun illər ərzində Azərbaycana qarşı böyük ədalətsizlik nümunəsi olan 907-ci düzəliş məsələsində də vəziyyətin dəyişməsi Tramp administrasiyasının hakimiyyətə gəlməsindən sonra mümkün olub. Bu kontekstdə ABŞ Konqresi tərəfindən 1992-ci ildə ölkəmizə qarşı qəbul edilmiş və Azərbaycana birbaşa dövlət yardımını qadağan edən ədalətsiz 907-ci düzəlişin hələ də tamamilə ləğv olunmaması regionla maraqlanan xarici siyasi və iqtisadi ekspertlər üçün də haqlı suallar doğurur.

Bu barədə AZƏRTAC-a müsahibə verən Misirin Avrasiya Ərəb Araşdırmalar mərkəzinin (CAES) Türkiyə və İran araşdırmaları sektorunun müdiri Qada Qandil qeyd edib ki, ABŞ Konqresinin “Azadlığı müdafiə aktı”na qəbul etdiyi 907-ci düzəlişin, xüsusilə Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşmağa başladığı bir mərhələdə qüvvədə qalması və ya tamamilə ləğv edilməsinin gecikməsi Azərbaycana təzyiq faktoru kimi dəyərləndirilə və inamsızlıq yarada bilər.

Misirli ekspert 907-ci düzəlişin ləğvini regionda davamlı sülhün yaranmasına və iqtisadi əməkdaşlığın genişləndirilməsinə töhfə verə biləcək əsas element adlandırıb. O bildirib ki, hazırkı mərhələ Cənubi Qafqazın yenidən formalaşdırılması üçün bir fürsətdir. Azərbaycanla Ermənistan arasında logistika dəhlizlərin açılması və ticarətin bərpası regional iqtisadiyyatı gücləndirə, diplomatik nüfuz alətlərini yarada bilər.

Seçilən
48
1
azerbaijan-news.az

2Mənbələr