“Qəbələ” qış fasiləsində ikinci transferini reallaşdırıb.
Klubdan Publika.az-a verilən məlumata görə, “qırmızı-qaralar” nigeriyalı hücumçu İsmail Akinade ilə anlaşıb. 31 yaşlı forvard ilə 1.5 illik müqavilə imzalanıb.
Karyerasına İrlandiyanın “Bray Uonderers” komandasında başlayan futbolçu daha sonra bu ölkədə “Bohemians” və “Uaterford” kimi klublarda çıxış edib.
Son klubu Özbəkistan Super Liqa təmsilçisi “Andijon” olan forvard bu komanda ilə çempionatda keçirdiyi 12 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Akinade, həmçinin “Andijon”un heyətində Asiya Çempionlar Liqasında da 6 matçda iştirak edib və 1 dəfə fərqlənib.