ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
SSRİ-nin əməkdar həndbol məşqçisi Anatoli Yevtuşenko 92 yaşında vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Həndbol Federasiyası məlumat yayıb.
Veteran idmançının ölüm səbəbi açıqlanmayıb. A.Yevtuşenko 20 il ərzində SSRİ-nin kişilərdən ibarət milli komandaya rəhbərlik edib. Onun rəhbərliyi altında milli komanda 1976-cı ildə Monreal və 1988-ci ildə Seul Olimpiadasının qalibi olub, 1980-ci ildə Moskva Olimpiadasında gümüş medal qazanıb, Dünya Çempionatının qalibi olub (1982) və iki dəfə turnirdə gümüş medal qazanıb (1978 və 1990).
Anatoli Yevtuşenko SSRİ tələbə komandasına da rəhbərlik edib və onu Dünya Çempionatında (1968) qələbəyə aparıb. O, Avstriyanın qadınlardan ibarət milli komandası ilə və bir neçə dəfə Avropa Çempionlar Kubokunu qazanan yerli "Hypo" klubu ilə də işləyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.