AZ

Rasionunuza şorba əlavəetməlisiniz

Bayramlardan sonra qidalanma rejimini bərpa etmək üçün rasiona şorbalar, sıyıqlar, tərəvəzlər və zülal daxil etmək lazımdır.

Redaktor.az xəbər verir ki, bu barədə dietoloq Yelena Solomatina “Qovorıt Moskva” radiostansiyasına müsahibəsində bildirib.

“Hazırda orqanizmdən artıq yüklənməni çıxarmaq və onu müəyyən qədər bərpa etmək lazımdır. Buna görə də orqanizmi qoruyan, yüngül sıyıqlar və şorbalar faydalı olacaq”, - deyə o qeyd edib.

Dietoloqun sözlərinə görə, duzun və hisə verilmiş məhsulların istifadəsi azaldılmalıdır. Bundan əlavə, bərpa prosesində tam dəyərli yuxu, tez-tez və az-az qidalanma, eləcə də təmiz havada gəzintilər mühüm rol oynayır.

O vurğulayıb ki, yuxu çatışmazlığı zamanı orqanizm daha çox yüksək kalorili, şirin və yağlı qidalara meyil göstərir.

Aytəkin TOFİQQIZI

Seçilən
103
redaktor.az

1Mənbələr