AZ

Zelenski ABŞ-ni Çeçenistanda əməliyyata keçirməyə və Kadırovu həbs etməyə çağırıb

Ukrayna prezidenti Vaşinqtona müraciət edərək Kadırovu Maduro kimi ələ keçirməyə səsləyib...

Poliqon xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ı Çeçenistanda hərbi əməliyyat keçirməyə və Çeçenistan rəhbəri Ramzan Kadırovu saxlamaya çağırıb. Onun sözlərinə görə, Vaşinqton Venesuela Prezidenti Nikolas Maduronun saxlanılması zamanı göstərdiyi sürətli və qətiyyətli addımları Kadırovla bağlı da atmalıdır.

Zelenski bildirib ki, bu cür addımın nəticəsini bütün dünya artıq görüb və əməliyyat qısa müddətdə həyata keçirilib. Ukrayna prezidenti qeyd edib ki, əgər ABŞ Kadırovla bağlı eyni yanaşmanı sərgiləsə, bu, Rusiya Prezidenti Vladimir Putini düşünməyə vadar edə bilər.

Ukrayna liderinin fikrincə, beynəlxalq ictimaiyyətin qətiyyətli mövqeyi və konkret addımlar atması Moskvanın davranışına ciddi təsir göstərə bilər. O vurğulayıb ki, belə bir ssenari Rusiyanın regional siyasətində və Ukraynaya münasibətində dönüş nöqtəsi yarada bilər.

Poliqon.info

Seçilən
48
poliqon.info

1Mənbələr