Sherg.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
ABŞ Rusiyanın “kölgə donanması”-na daxil olan daha bir tankeri ələ keçirdiyini elan edib.
APA xəbər verir ki, bu barədə ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem özünün “X” hesabında məlumat yayıb.
Məlumata görə “Sofia” adlı tanker Karib hövzəsi sularında ələ keçirilib.
Nazir bildirib ki, saxlanılan gəmilər — Bella I (Marinera) motorlu tankeri və Sofia motorlu tankeri — ya Venesuelada sonuncu dəfə olub, ya da oraya gedən istiqamətdə hərəkət edib.
“Qaça bilərsiniz, amma gizlənə bilməzsiniz”,- nazir xəbərdarlıq edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.