"Hörmətli Fuad müəllim,
Sizi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının sədri seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, bu məsul vəzifədə uğurlar arzulayıram!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 dekabr 2025-ci il tarixli "Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında" Fərmanına əsasən, Agentliyin Müşahidə Şurasının formalaşdırılması və fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi vətəndaş cəmiyyəti institutlarının rolunun daha da gücləndirilməsinə xidmət edir.
Müşahidə Şurasının yeni tərkibdə ilk iclasında Sizin - tarix elmləri doktoru, professor, "Simurq" Mədəniyyət Assosiasiyasının Rəyasət Heyətinin sədri kimi zəngin elmi və ictimai təcrübəyə malik bir Azərbaycan aydınının Şuraya sədr seçilməsi, bu etimadın tam əsaslı olduğunu bir daha təsdiqləyir.
Əminəm ki, Müşahidə Şurasının sədri olaraq fəaliyyətiniz, müvafiq sahədə şəffaflığın, hesabatlılığın və səmərəli fəaliyyətin daha da güclənməsinə önəmli töhfələr verəcək. Qarşıdakı fəaliyyət dönəmində, Agentliklə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi arasında əməkdaşlığın, ümumən dövlət-vətəndaş cəmiyyəti əməkdaşlığının daha da möhkəmlənəcəyinə inanıram.
Sizə bu yeni məsul vəzifədə möhkəm cansağlığı, Azərbaycan vətəndaş cəmiyyətinin inkişafı naminə yeni uğurlar diləyirəm"!
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31