Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Türklərdən və ərəblərdən gələn təklifləri geri çevirdi, klubunda qaldı
"Napoli" müdafiəçisi Amir Rrahmani ilə razılığa gəlib.
QOL.az xəbər verir ki, albaniyalı futbolçu yaxın günlərdə klubla yeni müqavilə imzalayacaq. Yeni sözləşməyə əsasən, onun illik qazancı 3.8 milyon avro təşkil edəcək.
Bildirilir ki, Rrahmani Neapolda qalmaq üçün Türkiyə və Səudiyyə Ərəbistanı klublarından gələn diqqətçəkən təklifləri geri çevirib.
Xatırladaq ki, futbolçu son turda "Latsio" ilə görüşdə fərqlənərək qələbədə pay sahibi olmuşdu.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.