AZ

Direktor müavini vəzifəsinə işə qəbul üzrə müsabiqə elan EDİLİR

ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qarabağ Regional Təhsil İdarəsi vakant olan təsərrüfat müdiri(Təsərrüfat işləri üzrə direktor müavini) vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edir.

Redaktor.az xəbər verir ki, işə qəbul prosesində iştirak etmək istəyən şəxslər 19 yanvar 2025-ci il saat 11:00-dək aşağıda qeyd edilmiş linkdən qeydiyyatdan keçməlidir.

Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər haqqında məlumatların müsabiqənin şərtlərinə uyğunluğu İdarənin müsabiqə komissiyası tərəfindən araşdırılır və tələblərə cavab verən elektron ərizələri təsdiq edilir. Elektron ərizələri təsdiq edilmiş şəxslər test imtahanına dəvət ediləcəklər. Test imtahanı mərhələsində namizədlərin vəzifə üzrə bilikləri, informasiya-kommunikasiya texnologiyaları sahəsində bacarıqları və məntiqi təfəkkürü ümumilikdə 50 sualdan ibarət test tapşırıqları vasitəsilə yoxlanılacaqdır. İmtahanda minimum 50% nəticə göstərən namizədlər uğurlu hesab ediləcəklər. Uğur qazanmış namizədlər arasından vakant vəzifələr üzrə ən yüksək bal toplamış namizəd təyin ediləcəkdir.

Müvafiq vəzifələr üzrə təhsil və iş stajına dair tələblər:

Təsərrüfat işləri üzrə direktor müavini - Ali təhsil, minimum 3 il iş stajı.

Təsərrüfat müdiri - Ümumi orta təhsil ilə bərabər 3 il iş stajı.

Adıçəkilən vəzifələr üzrə müsabiqə proqramına aşağıdakılar daxildir:

Təsərrüfat müdiri (təsərrüfat işləri üzrə direktor müavini) vəzifəsi üzrə - “Təhsil haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunları; təsərrüfat xidməti üzrə işin yerinə yetirilməsinin təşkili; xidmətçi heyətin əməyindən səmərəli istifadə yolları; binanın istismar olunmasının təşkilinin elmi əsasları; əmək qanunvericiliyi; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydaları.

Qeydiyyat linki: https://forms.gle/8QyYrG3MeEoQFQYq9

Vakant yerlərin siyahısı:https://drive.google.com/file/d/1RCnTth2nVFD11hF3_LwuruAWLrE1ZtS7/view?usp=sharing

Qeyd: İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində elan edilmiş vakant yerlər üzrə müsabiqələrdə yalnız “Böyük Qayıdış”a dair I Dövlət Proqramına əsasən həmin ərazilərdə yaşayış yeri ilə təmin edilmiş vətəndaşlar iştirak edə bilərlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
75
1
redaktor.az

2Mənbələr