AZ

Başı söhbətə qarışan sürücü yolayrıcına necə gəldi girərək təhlükə yaratdı VİDEO

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Paytaxtın Binəqədi rayonu, Xocasən qəsəbəsində qayda pozan sürücü kameraya düşüb. 

Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 1-də saat 12:58 radələrində qeydə alınıb.

Kadrda görünür ki, 77-UJ-152 dövlət nömrə nişanlı “Mercedes Vito” markalı avtomobilin sürücüsü yolayrıcını düzgün keçməyib. O, “yol ver” nişanına məhəl qoymadan hərəkətini davam etdirib və bunun nəticəsində baş yoldan gələn digər avtomobil üçün qəza şəraiti yaradıb. Videoda həmçinin sürücünün sərnişinlə söhbət etdiyi anlar da aydın görünür. Daha sonra qayda pozan şəxs sağdan gələn maşına yol vermək üçün dayanmağa məcbur olub və bu zaman görüntünü qeydə alan sürücünün hərəkətinə əngəl törədib.

Xatırladaq ki, belə davranışlar təkcə digər sürücülər üçün təhlükə yaratmır, həm də ciddi inzibati məsuliyyətlə nəticələnə bilər. Yol hərəkəti qaydalarına riayət etməklə hər bir sürücü həm özünü, həm də başqalarını qoruyur.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
81
avtosfer.az

1Mənbələr