AZ

ABŞ Rusiya tankerini ələ keçirdi – Moskva reaksiya verdi 

ABŞ hərbi qulluqçuları yanvarın 7-də açıq dənizdə olan “Marinera” adlı gəmiyə miniblər, bundan sonra isə gəmi ilə əlaqə kəsilib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Nəqliyyat Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilir ki, Moskva vaxtı ilə təxminən saat 15:00-da (Bakı vaxtı ilə 16:00-da) heç bir dövlətin ərazi sularına daxil olmayan açıq dəniz ərazisində ABŞ Hərbi-Dəniz Qüvvələrinin nümayəndələri gəmiyə qalxıb və bundan sonra onunla rabitə itirilib.

Rusiya Nəqliyyat Nazirliyi diqqətə çatdırıb ki, BMT-nin 1982-ci il tarixli Dəniz Hüququ Konvensiyasına əsasən açıq dənizdə gəmiçilik azadlığı prinsipi qüvvədədir və başqa bir dövlətin bayrağı altında qanuni şəkildə qeydiyyatdan keçmiş gəmilərə qarşı güc tətbiqinə yol verilmir.

Qurum həmçinin xatırladıb ki, 24 dekabr 2025-ci il tarixində “Marinera” gəmisinə Rusiya Federasiyasının dövlət bayrağı altında üzmək üçün müvəqqəti icazə verilib. Sənəd Rusiya qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun şəkildə rəsmiləşdirilib.

Seçilən
97
konkret.az

1Mənbələr