Ajans.az xəbər verir kii, o, “Çukur” serialından Yamaç obrazının təsirli səhnəsini izləyiciləri ilə bölüşüb. Fonda isə Ahmet Kaya və Selda Bağcanın ifasında “Öyle bir yerdeyim ki” mahnısı səslənib. 2023-ün avqustunda N.Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində avtomobildə olan bloqçuun dostu Ruslan Məmmədov yerindəcə vəfat edib. N. Şakirli ağır xəsarət alıb, onun sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib. Bloqçu 2024-cü ildə Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma,eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə 5 il azadlıqdan məhrum edilib. O, keçən ilin sonunda Amnistiya aktına əsasən, əfv olunub.