AZ

“Fənər”in qolkiperi sabiq klubuna qayıdır?

“Fənərbaxça”nın qapıçısı və hazırda icarə əsasında “Jirona”da çıxış edən Dominik Livakoviç sabiq klubuna qayıda bilər.

Apasport.az xəbər verir ki, “Dinamo Zaqreb” 30 yaşlı qolkiperlə yaxından maraqlanır.

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Onun sözlərinə görə, Zaqreb təmsilçisi İstanbul klubuna xorvatiyalı qapıçı üçün icarə təklifi göndərib. Təklifdə 4 milyon avroluq satınalma bəndi də yer alıb.

Qeyd edək ki, “Fənərbaxça” Dominik Livakoviçi 2023-cü ildə “Dinamo Zaqreb”dən 6,65 milyon avro qarşılığında transfer etmişdi.

Zidanın oğlundan unikal göstərici

Luis Enrike PSJ-yə "yox" dedi

Qasperini İtaliya çempionatı tarixinə düşüb

Kyeza keçmiş klubuna qayıda bilər

“Tottenhem” 46 milyon avroya hücumçu transfer edə bilər

Seçilən
81
apasport.az

1Mənbələr